Torpaq sürüşməsi 70 can aldı

Torpaq sürüşməsi 70 can aldı
  20 May 2015    Oxunub:1895
Kolumbiyanın Antokiya departamentində torpaq sürüşməsi baş verib.
AzVision.az “BBC”yə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 70 nəfər ölüb. Yerli hökumət fəlakət qurbanlarının sayının artacağını istisna etmir. Son məlumatlara əsasən, onlarla insan itkin düşmüş hesab edilir.
Əmlakına zərər dəyən şəxslərin sayı isə 542-yə çatıb. 40-a yaxın insan müxtəlif dərəcəli xəsarət alıb.

Torpaq sürüşməsinin intensiv yağışlar nəticəsində baş verdiyi bildirilir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti