Putinin azərbaycanlı müşaviri vəfat edib

Putinin azərbaycanlı müşaviri vəfat edib
  20 May 2015    Oxunub:2344
Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Kaluqa vilayəti üzrə mədəniyyət məsələləri müşaviri, azərbaycanlı rəssam 75 yaşlı Sadıq İman oğlu Bağırov dünyasını dəyişib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, mərhumla vida mərasimi Azərbaycan, Tatarıstan və Dağıstan diasporunun nümayəndələri iştirakı ilə Kaluqa şəhərində keçirilib. Sadıq Bağırov Kaluqanın Litvinski məzarlığında torpağa tapşırılıb.

Tanınmış ictimai xadim Sadıq Bağırov 1940-cı ildə Bakı şəhərində anadan olub, 1978-ci ildən Kaluqada yaşayıb. Rusiya Rəssamlar İttifaqının üzvü olan Sadıq Bağırov şəhər, vilayət, və respublika sərgilərinin iştirakçısı olub. Yaratdığı onlarla rəsm əsəri hazırda Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, Fransa, İtaliya, Almaniya, Yuqoslaviya, Polşa və Braziliyada şəxsi kolleksiyalarda saxlanılır.

Allah rəhmət eləsin!

AzVision.az


Teqlər:





Xəbər lenti