Velosipedçimiz qızıl medal qazandı

Velosipedçimiz qızıl medal qazandı
  20 May 2015    Oxunub:1652
Belarusun paytaxtı Minskdə velosiped idmanının trek növü üzrə 1-ci kateqoriyalı "Grand Prix Minsk" turniri start götürüb.
Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, ilk yarış günü Azərbaycan yığma komandası üçün uğurlu alınıb.

Millimizin lideri Olqa İsmayılova 500 metr məsafəyə sprint yarışında 34.713 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ilk pilləsinə qalxıb və bununla da aktivinə 80 reytinq balı yazıb. 2-ci və 3-cü yerləri isə Rusiya idmançıları Yelena Brejneva və Yekaterina Qnidenko tutub.

Komandamızın digər üzvü, ağır zədədən sonra yenidən mübarizəyə qoşulan Sergey Omelçenkoya gəlincə, o, 200 metr məsafəyə sprint yarışında 28 idmançı arasında 10-cu olub, həmçinin 2015-ci ildəki şəxsi rekordunu yeniləyib.

Bu gün hər iki velosipedçimiz keyrin növündə medallar uğrunda mübarizə aparacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti