Ermənistan Rusiyaya görə Avropadan üz döndərdi

Ermənistan Rusiyaya görə Avropadan üz döndərdi
  21 May 2015    Oxunub:2285
Ermənistan və Belarus “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsini imzalamaqdan imtina edib.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb bəyannamədə “Krımın anneksiyası” ifadəsinin yer almasıdır.

Yarımadanın Rusiya tərəfindən “qanunsuz anneksiyası” ifadəsi sənədin ilk variantında olub. Lakin rəsmi Minsk və İrəvanın mövqeyi ilə əlaqədar xüsusi bəyanat hazırlanacaq ki, burada Avropa ittifaqı (Aİ) və “Şərq Tərəfdaşlığı ( Ukrayna, Moldova, Azərbaycan, Ermənistan, Gürcüstan və Belarus) iştirakçı ölkələrinin mövqeyi ayrı-ayrılıqda veriləcək.

“Reuters”in məlumatına görə, sənəddə Aİ Krımın Rusiyaya birləşdirilməsi pislənəcək.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti