İŞİD daha bir şəhər ələ keçirdi

İŞİD daha bir şəhər ələ keçirdi
  21 May 2015    Oxunub:1810
İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlıları Suriyanın və dünyanın ən qədim şəhərlərindən biri olan Palmira şəhərini ələ keçirib.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

İŞİD yaraqlıları antik şəhər olan Palmira şəhərinə may ayından etibarən hücum etməyə başlayıb. Palmira xarabalıqları YUNESKO-nun dünya mədəniyyət irsi siyahısına daxil edilib.

Dünya birliyi eramızdan əvvəl ikinci minilliyə aid olan şəhərin İŞİD yaraqlıları tərəfindən dağıdılacağından ehtiyat edir.

Bu ilin fevral ayında terrorçular Mosul şəhərində mərkəzi kitabını partladaraq 10 minə yaxın qədim kitab abidəni məhv edib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti