“Son zəng”də hava necə olacaq?

“Son zəng”də hava necə olacaq?
  30 May 2013    Oxunub:1164
Gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında mayın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 31-də gündüz əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişlidir.



Teqlər:





Xəbər lenti