Karateçilərimiz Qətərə gedir
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Qətər Əmirliyinə yola düşən heyətdə Firdovsi Fərzəliyev (-60 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov (+84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və Fəridə Abiyevadan əlavə, kata yarışlarında Tural Balcanlı ilə Ədilə Qurbanova yer alıb.
Yarışa həmçinin baş məşqçinin köməkçisi, kumite üzrə böyük məşqçi Rəşad Hüseynovla kata üzrə böyük məşqçi Vahid Ayvazov, hakim qismində isə beynəlxalq referi Şahin Xudaverdiyev gedir. 4-cü Beynəlxalq turnirdən operativ məlumatlar hazırlamaq üçün federasiyasının İctimaiyyətlə Əlaqə və İnformasiya katibi Sənan Məhərrəmov da Dohaya ezam olunur.
Yarışda 32 ölkədən 150-dək karateçi mübarizə aparacaq. Mayın 20-də Qətər Əmirliyinə yola düşən heyət həftənin sonunda Bakıya dönəcək.
AzVision.az.
Teqlər: