Elnur bu gün oxuyacaq - VİDEO

Elnur bu gün oxuyacaq - VİDEO
  21 May 2015    Oxunub:4668
Azərbaycan təmsilçisi Elnur Hüseynov bu gün Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Eurovision – 2015” mahnı müsabiqəsinin ikinci yarım finalında çıxış edəcək.

AzVision.az-ın məlumatına görə, Elnur səhnədə “Hour of the Wolf” mahnısını ifa edəcək.

İkinci yarımfinalda ölkələr bu ardıcıllıqla çıxış edəcək: Litva, İrlandiya, San Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çex Respublikası, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa. Azərbaycan təmsilçisi səhnəyə 11 nömrə altında çıxacaq.

Müsabiqəyə ev sahibliyi edəcək Avstriya təşkilatçıların qərarına əsasən, finalda 14-cü çıxış edəcək. Ölkələrin finaldakı iştirak ardıcıllığı isə yarımfinalların nəticəsi məlum olandan sonra müəyyənləşəcək.

Qeyd edək ki, mayın 19-u keçirilən ilk yarımfinal mərhələsində 15 ölkənin təmsilçisi çıxış edib. Səsvermədən sonra isə Ermənistan, Belçika, Yunanıstan, Estoniya, Serbiya, Macarıstan, Rusiya, Albaniya, Ruminiya və Gürcüstan final mərhələsinə keçib.

itv.az xəbər verir ki, mayın 19-da Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən yanğın nəticəsində insanların faciəli şəkildə həlak olmalarını nəzərə alaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti bu il Avstriyada keçirilən Avroviziya mahnı müsabiqəsinin birinci yarımfinalını yayımlamamaq qərarı vermişdi.

İctimai Televiziya və Radio Yayımları Şirkəti müsabiqənin bu günə nəzərdə tutulan ikinci yarımfinalını yayımlamaqla üzərinə götürdüyü beynəlxalq öhdəliyə və imzalanmış müqavilə şərtlərinə əməl etməyə borcludur.

2007-ci ildən Avropa Yayımları Birliyinin üzvü olan Azərbaycan İctimai Telelvizya və Radio Yayımları Şirkəti həmin ildən Avroviziya mahnı müsabiqəsini yayımlamağa başlayıb. İTV ölkəmizdə bu müsabiqənin yeganə yayımçısıdır və yayım hüququ müvafiq beynəlxalq sənədlərə əsaslanır.



Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti