Nevada ştatı 28 mayı qeyd edəcək

Nevada ştatı 28 mayı qeyd edəcək
  21 May 2015    Oxunub:1929
ABŞ-ın Nevada ştatında 28 may - Azərbaycan Milli Günü elan edilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bununla bağlı ştatın qubernatoru Brayan Sandoval və dövlət katibi Barbara Çegavski tərəfindən müvafiq bəyannamə imzalanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə bildirilir ki, Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək, demokratik respublika təsis edib və İslam dünyasında ilk dünyəvi parlamentar dövlət qurub.

Qeyd olunur ki, müstəqilliyini elan etdikdən sonra Azərbaycan qısa müddətdə dini etiqadından, cinsindən, irqindən və etnik kimliyindən asılı olmayaraq bütün vətəndaşlarına seçki hüququ verib, hətta qadınlara seçki hüququnun verilməsi məsələsində ABŞ-ı bir il qabaqlayıb.

Həmçinin, 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycanın müstəqilliyini və suverenliyini möhkəmləndirdiyi vurğulanaraq, hər il ABŞ da daxil olmaqla, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Milli Gün olaraq qeyd etdiyi bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti