Saakaşvili İlham Əliyevi təbrik edib

Saakaşvili İlham Əliyevi təbrik edib
  30 May 2013    Oxunub:899
Gürcüstanın Prezidenti Mixeil Saakaşvili Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzVision.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri,

Respublika Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaq istərdim.
Ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin və strateji əməkdaşlığın dinamik inkişafından məmnunluq duyuram.

Ümidvaram ki, dövlətlərimiz təkcə iki ölkənin deyil, bütün regionun sülh, əmin-amanlıq və rifahının gücləndirilməsi naminə nümunəvi əməkdaşlıqlarını daha da möhkəmlədəcək və inkişaf etdirəcəklər.

Zati-aliləri, fürsətdən istifadə edərək bir daha ən dərin ehtiramımı bildirmək və Sizi bu əlamətdar bayram münasibətilə təbrik etmək istəyirəm”.


Teqlər:  





Xəbər lenti