Mikayıl Cabbarov: "Tarix qərəzli şəkildə təhrif olunur"

Mikayıl Cabbarov:  "Tarix qərəzli şəkildə təhrif olunur"
  30 May 2013    Oxunub:1198
"Bir çox hallarda tarix qərəzli şəkildə təhrif edilir"

Bunu təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Tarixin tədrisi vasitəsilə Mədəniyyətlərarası Dialoq: ən yaxşı təcrübələr və çətinliklər" mövzusunda panel iclasında çıxışı zamanı deyib.

Trend-in məlumatına görə, nazir bildirib ki, bütün bəşər tarixində tarix fənninin tədrisi zamanı birtərəfli qaydada təhrif edilmə adi hal alıb:

"Təəssüflər olsun ki, bizim regionda da belə hallar istisna deyil. Bütün bu məsələlərin əksəriyyəti sivilizasiyalararası dialoq məsələsini gündəmə gətirir".

Cabbarovun sözlərinə görə, tarix xalqlar arasında körpüləri birləşdirməli, maneələr yaratmamalıdır: "Tarix fənninin gözəl, düzgün tədrisi üçün gəncləri bu prosesə cəlb etməliyik, bu işə daha maraqla yanaşmalıyıq".


Teqlər:  





Xəbər lenti