“Biz Azərbaycana inanırıq” – Latviyalı nazir

“Biz Azərbaycana inanırıq” – Latviyalı nazir
  21 May 2015    Oxunub:1892
“Şərq Tərəfdaşlığı” ölkələri Avropa İttifaqının (Aİ) təhlükəsizliyi baxımından Avropa Şurası üçün çox maraqlıdır.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Latviyanın iqtisadiyyat naziri Dana Reyznietse-Ozala bildirib.

“Biz sədrliyimiz dövründə energetika birliyi strategiyasının inkişaf etdirilməsi istiqamətində fəal işlər görmüşük. Bu strategiyanın əsas hissəsi – enerji tədarükünün təhlükəsizliyinin artırılması yollarının axtarışıdır. Buna görə, də “Şərq Tərəfdaşlığı” bizim üçün olduqca böyük maraq kəsb edir.

Nazirin sözlərinə görə, Azərbaycan artıq uzun illərdir ki tərəfdaşdır və biz, Aİ ona inanır və böyük ümidlər bağlayırıq.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti