Varlılarla kasıblar arasında rekord fərq

Varlılarla kasıblar arasında rekord fərq
  22 May 2015    Oxunub:2716
Mənzil-iqamətgahı Parisdə yerləşən Avropa Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin əksəriyyətində varlılarla kasıblar arasında bərabərsizlik son 30 ildə rekord həddə çatıb. Bu barədə məlumat təşkilatın hesabatında öz əksini tapıb.
Hesabatda bildirilir ki, təşkilata üzv olan 34 ölkədə varlıların sayı 1980-cı illə müqayisədə 2014-cü ildə 9,1 faiz, gəlirləri isə 9,6 faiz artıb. Varlılarla kasıblar arasında fərqin təşkilatın proqnozlaşdırdığı rəqəmdən xeyli artıq olduğu vurğulanır.

Təşkilat bərabərliyi stimullaşdırmaq üçün uzv ölkələri kişilərlə qadınlar arasında bərabərlik məsələsini həll etməyə, təhsilə investiya qoyuluşunu nizamlamağa çağırıb. 1995-2013-cü illərdə yaradılmış iş yerlərinin əksəriyyətinin müvəqqəti xarakter daşımasının və iş yerlərinin itirilməsinin sonralar işsizlərin sayının artmasına gətirib çıxardığı, bunun da öz növbəsində ölkələrdə kasıbların sayının çoxalmasına səbəb olduğu bildirilir.

Varlılarla kasıblar arasında bərabəsizliyin yüksək olmasına Çilidə, Amerika Biləşmiş Ştatlarında, Meksikada və İsraildə daha çox rast gəlindiyi bəyan edilir. Bu ölkələrlə müqayisədə Danimarka, Sloveniya, Slovakiya Respublikası və Norveçdə vəziyyətin bir o qədər də pis olmadığı vurğulanır.

Hesabatda, həmçinin bərabərsizliyin aradan qaldırılmasını şərtləndirən əsas amillərdən biri olan yeni vergi mexanizminin tətbiqinin, eləcə də hökumətlərin vergi ödəmələrinə nəzarəti gücləndirməsinin vacibliyi qeyd olunur. (Azərtac)


Teqlər:  





Xəbər lenti