“Azərbaycanın iradları Ukrayna ilə bağlı olmayıb” - Poroşenko

“Azərbaycanın iradları Ukrayna ilə bağlı olmayıb” - Poroşenko
  22 May 2015    Oxunub:2167
Azərbaycanın “Şərq tərəfdaşlığı” sammitinin yekun Bəyannaməsinin mətninə iradları Ukrayna ilə bağlı olmayıb.

AzVision.az -ın`112.ua` saytına istinadən verdiyi məlumata görə, bunu sammitdən sonra Ukrayna prezidenti Pyotr Poroşenko deyib. O, Bəyannamədə Krımın qanunsuz ilhaqı məsələsinin yer aldığını bildirib.

Qeyd edək ki, Azərbaycan "Şərq tərəfdaşlığı sammitinin yekun Bəyannaməsinin müəyyən müddəalarını blok etmək istəyib. Bu barədə Avropa Parlamentinin prezidenti Martin Şultz bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi bəzi müddəalarla razılaşmayıb.

M. Şultz Azərbaycanın daxili siyasəti ilə bağlı mövqeyinin bəlli olduğunu bildirib, bununla belə, Azərbaycan hakimiyyəti ilə dialoqu davam etdirməyin tərəfdarı olduğunu vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti