ABŞ Dövlət Departamenti: `Rusiya Azərbaycana təzyiq edir`
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Mari Harf Riqa sammitinin yekunlarını şərh edərkən bildirib.
“ABŞ Avropa İttifaqının (Aİ) Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə daha çox sıx tərəfdaşlığa və əməkdaşlığa istiqamətlənən səylərini qətiyyətlə dəstəkləyir”, - deyə Harf vurğulayıb.
“Biz `Şərq Tərəfdaşlığı` ölkələrində iqtisadi və sosial inkişafın dəstəklənməsi, demokratiya və idarə etmə, energetika təhlükəsizliyinin gücləndirilməsi, korrupsiya ilə mübarizəyə hesablanan gələcək təşəbbüslərə sadiq olduğumuzu bildiririk”, - deyə AB, Dövlət Departamentinin rəsmisi qeyd edib.
Eldar Tanrıverdiyev
Azvision.az