Poçtla 5 kq kokain göndərmək istədi

Poçtla 5 kq kokain göndərmək istədi
  23 May 2015    Oxunub:2051
Kanadanın Toronto şəhərində poçt vasitəsilə narkotik göndərmək istəyən şəxs yaxalanıb.
Saxlanılan şəxs 450 min dollarlıq narkotik göndərmək istəyib. Kanada polisi bildirib ki, poçt işçilərinin ayıq-sayıqlığı nəticəsində narkotikin göndərilməsinin qarşısı alınıb. Bağlamalarda 5 kiloqram kokain və ketamin aşkar olunub.

Həmin şəxs növbəti gün yenidən narkotik göndərmək istəyərkən ələ keçib. Həbs edilən 28 yaşlı Ontario sakinindən 148 min dollar nağd pul tapılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti