“Neftçi”-yə böyük cəza

“Neftçi”-yə böyük cəza
  31 May 2013    Oxunub:1574
AFFA “Neftçi” – “Xəzər Lənkəran” matçı sona yetdikdən sonra baş vermiş olayla bağlı qərar qəbul edib.
AFFa-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 28 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Azərbaycan kubokunun final “Neftçi” – “Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra baş vermiş hadisə ilə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur (maddə 40).

“Neftçi” klubunun komanda rəisi Güloğlan Cabbarovun klubda tutduğu vəzifəsindən azad olduğunu nəzərə alaraq, “Neftçi” klubu 40 000 manat cərimə olunur (maddə 38.8).

“Neftçi” klubunun operatoru Dadaş Zeynalov dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanır, klub 6000 manat cərimə olunur (maddə 39.3).

Neftçi” klubunun məşqçisi Neboşa Manoloviç dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanır, klub 6000 manat cərimə olunur (maddə 39.3).

“Neftçi” klubunun 30 №-li futbolçusu Saşa Stamenkoviç qeyri-etik hərəkətə görə 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.1).

“Neftçi” klubunun 22 №-li futbolçusu Mahir Şükürov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 3000 manat cərimə olunur (maddə 39.2).

“Neftçi” klubunun təhlükəsizlik xidmətinin rəisi Vaqif Musayev dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanır, klub 6000 manat cərimə olunur (maddə 39.3).

“Neftçi” klubunun təhlükəsizlik xidmətinin 3 üzvü: Əsgərov Elnur, Ağayev Şəhriyar və Seyidov Mirramin dava-dalaşda iştirak etdiyi üçün hər biri 12 oyunluq cəzalanır, klub 18 000 manat cərimə olunur (maddə 39.3).

“Xəzər Lənkəran” klubunun 5 №-li futbolçusu Elnur Allahverdiyev dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 3000 manat cərimə olunur (maddə 39.2).

Xəzər Lənkəran” klubunun 21 №-li futbolçusu Rodomir Todorov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 3000 manat cərimə olunur (maddə 39.2).

“Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Qeyd: bu cəzalar yalnız ölkə kubokuna şamil edilir.

21 may 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Xəzri” – “Odlar Yurdu” matçının 42-ci dəqiqəsində “Xəzri” klubunun 6 №-li futbolçusu Elçin Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

24 may 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Xəzər” – “Xəzri” matçının 68-ci dəqiqəsində “Xəzri” klubunun 18 №-li futbolçusu İsmayıl Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 70-ci dəqiqəsində “Xəzər” klubunun 7 №-li futbolçusu Nahid Şükürov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

24 may 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Şəfəq” – “Qızılağac” matçının 61-ci dəqiqəsində “Şəfəq” klubunun 95 №-li futbolçusu Elçin Abbasov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).




Teqlər:  





Xəbər lenti