Su kəsilir

Su kəsilir
  19 Fevral 2013    Oxunub:2008
Paytaxtın bir sıra ərazilərində içməli su məhdudiyyəti olacaq.
Bu gün və sabah Bakı şəhəri Səbail rayonunun Badamdar və Bayıl qəsəbələrinin bəzi yerlərinə, eləcə də Yasamal rayonunun Yeni Yasamal yaşayış massivinin bir hissəsində içməli suyun verilişində müəyyən məhdudiyyətlər olacaq.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən AzVision.az-a verilən məlumata görə, buna səbəb istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsində yeni çəkilmiş 500 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulmasıdır. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.



Teqlər:





Xəbər lenti