Erməni qardaşlar deputatı güllələdi

Erməni qardaşlar deputatı güllələdi
  23 May 2015    Oxunub:2813
Ukraynada "UDAR" Partiyasından deputat seçilən Anatoli Qladçenkoya qarşı sui-qəsd edilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda onun həmkarı Aleksandr Demidov bildirib. O, qeyd edib ki, Kiyev vilayətinin Slavutiç şəhərinin deputatı olan Anatoli Qladçenkoya pnevmatik tapançadan iki dəfə atəş açılıb. Xəstəxanaya yerləşdirilən deputatın vəziyyəti ağırdır.

Hüquq mühafizə orqanlarının yaydığı xəbərə görə, basqınçılar üç nəfər olub. Onlardan ikisi - Artyom və Arman Xaçatryan adlı erməni qardaşlardır.

Qeyd edək ki, Anatoli Qladçenko Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə qarşı keçirilən "Avromaydan" hərəkatının fəal iştirakçılarındandır.

AzVision.az


Teqlər:  





Xəbər lenti