“Eurovision-2015”in qalibi İsveç oldu - VİDEO

“Eurovision-2015”in qalibi İsveç oldu - VİDEO
  24 May 2015    Oxunub:4000
Avstriyanın paytaxtı Vyananın “Vienner Şdathal” arenasında “Eurovision-2015” mahnı müsabiqəsinin final konserti olub.

“Eurovision-2015” şousunun aparıcıları Mirjam Veişselbraun, Alise Tumler və Arabella Kiesbauers bu mötəbər layihənin tamaşaçılarını salamlayaraq iştirakçılara uğurlar arzulayıblar.

27 ölkənin iştirakı ilə keçirilən final şousunda Azərbaycan təmsilçisi Elnur Hüseynov iyirmi dördüncü nömrə altında isveçli Sndra Byurman, Nikolas Rebşer, Niklas Lif və Lina Hansonun birgə bəstəsi olan “Hour of wolf” mahnısını təqdim edib.

Çıxışlardan sonra təmsilçilərə səs göndərmək üçün 15 dəqiqə vaxt ayrılıb. “Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, yarışmanın finalından bir gün əvvəl münsiflər səs verirlər. Onların səsləri final şousu başa çatanadək gizli saxlanılır və müsabiqənin yekununda tamaşaçı səslərinin üzərinə əlavə olunur.

Azərbaycandan 8 səs İtaliyaya, 10 səs Gürcüstana, 12 səs isə Rusiyaya verilib.

İştirakçı ölkələrin əksəriyyətinin ən yüksək hesab olunan 8, 10, 12 səsləri İsveç təmsilçisi Masn Zelmerlövə verməsi təbii qarşılanıb. Çünki müsabiqənin ilk günlərindən çoxları məhz onu favorit sayırdı.

Beləliklə, ümumi səsvermənin yekununda İsveç təmsilçisi Masn Zelmerlöv 365 səslə müsabiqənin birincisi olub. Polina Qaqarina (Rusiya) 303 səslə ikinci, İl Volo (İtaliya) isə 292 səslə üçüncü yerləri tutublar. Azərbaycan təmsilçisi Elnur Hüseynov on ikinci yerdə qərarlaşıb.





AzVision.az


Teqlər:





Xəbər lenti