Türkiyə UNESCO-ya müraciət edib

Türkiyə UNESCO-ya müraciət edib
  24 May 2015    Oxunub:1402
Türkiyənin Muğla vilayətindəki Beçin qalasının Dünya İrsi Siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət olunub.
AzVision.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, ölkədəki qədim Beçin şəhəri 2012-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Beçin qalası isə bu bölgədə yerləşən eyniadlı kəndin ərazisindədir.

Bu ərazidə çoxlu sayda qədim abidə mövcuddur. Bundan başqa Əhməd qazi türbəsi də həmin ərazidə yerləşir. Bildirilir ki, qalanın qüllə və bürcləri bugünədək möhkəmliyini qoruyub saxlayıb. Aparılan arxeoloji qazıntılar qalanın hüdudlarının müəyyənləşdirilməsinə imkan verəcək.


Teqlər:





Xəbər lenti