Dəhşətli istilər can aldı: 600 ölü - YENİLƏNİB

Dəhşətli istilər can aldı: 600 ölü - YENİLƏNİB
  25 May 2015    Oxunub:2829
Hindistanın cənubundakı Andxra Pradeş və Telanqana ştatlarında anomal isti hava 500-dən çox adamın ölümünə səbəb olub.
AzVision.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlərin əksəriyyətinin yaşayış yeri olmayan şəxslərin olduğu bildirilir.

Ən yüksək temperatur – 47 dərəcə isti Andxra Pradeş ştatında, Maçilipatan və Tuni şəhərlərində qeydə alınıb.

Meteoroloqlar havanın temperaturunun yaxın günlərdə artacağını proqnozlaşdırır. Yerli hakimiyyət qurumları əhaliyə evlərini tərk etməməyi tövsiyə edir.

Qeyd olunan bölgələrdə aprel may aylarında havanın temperaturu 40 dərəcədən yuxarı olur.

***

10:51

Yayılan son məlumatlara görə, Hindistanda anmol istilər nəticəsində ölənlərin sayı 600-ü keçib. Ölkədə ən dramatik vəziyyət Andxra Pradeş və Telanqa ştatlarında müşahidə olunur. Belə ki, son 24 saat ərzində bu ştatlarda ən azı 145 nəfər ölüb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti