Müxalifətçi prezidentə qalib gəldi - Polşada

Müxalifətçi prezidentə qalib gəldi - Polşada
  25 May 2015    Oxunub:1770
Polşada keçirilən prezident seçkilərinin ikinci turunda müxalif namizəd Adcey Duda qalib gəlib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Sorğunun nəticələrinə əsasən, “Haqq və ədalət” partiyasının dəstəklədiyi Duda seçicilərin 53 faizinin səsini toplayıb. Onun rəqibi, hazırkı prezident Bronislav Komorovskiy səsvermədə 47 faiz səs toplayıb.

Artıq Komorovskiy öz məğlubiyyətini qəbul edib: “Əziz dostlarım, alınmadı. Seçicilər belə qərar verdi. Demokratiya yalnız nəticələrin tanınması deyil, eyni zamanda seçkilərin nəticələrinə hörmətdir. Andcey Dudanı təbrik edirəm!

Komorovskiy Dudaya uğurlar arzulayıb.

Eldar Tanrıverdiyev
Azvision.az




Teqlər:





Xəbər lenti