Atəş kəsilmir

Atəş kəsilmir
  31 May 2013    Oxunub:1256
Ermənilər növbəti dəfə atəşkəsi pozublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şuraabad, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan kəndləri yaxınlığında yerləşən ərazilərdən Azərbaycanın mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti