Türkiyədə güclü partlayış: Ölənlər var

Türkiyədə güclü partlayış: Ölənlər var
  25 May 2015    Oxunub:1795
Türkiyənin Ankara vilayətində sement zavodunda güclü partlayış baş verib.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində 3 işçi ölüb, daha iki nəfər ağır dərəcədə yaralanıb.

Partlayış mayın 24-ü Kazan şəhərində baş verib. Daha sonra zavod ərazisində güclü yanğın başlayıb. Yaralı şəxslər dərhal xəstəxanaya aparılıb. Hadisə yerində xilasedicilər işləyir. Hazırda polis hadisənin baş vermə səbəbini araşdırır.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti