Prezidentin oğluna sui-qəsd edildi: 3 ölü, 17 yaralı var

Prezidentin oğluna sui-qəsd edildi: 3 ölü, 17 yaralı var
  25 May 2015    Oxunub:4809
Pakistan prezidenti Məmnun Hüseyninin oğlu Tələt Məmnuna qarşı sui-qəsd törədilib.
AzVision.az xəbər verir ki, hadisə Bəlucistan əyalətinin Xab şəhərində olub.

Belə ki, Tələt Məmnunu müşayiət edən avtomobil karvanının getdiyi yolun üstündə partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 13 nəfər, o cümlədən prezidentin oğlunu müşayiət edən 4 polis əməkdaşı xəsarət alıb.

Tələt Məmnun isə partlayışdan heç bir xəsarət almayıb. Hələlik hadisənin məsuliyyətini heç bir terrorçu qruplaşma üzərinə götürməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti