İŞİD və Taliban arasında qanlı toqquşma: 20 ölü

İŞİD və Taliban arasında qanlı toqquşma: 20 ölü
  25 May 2015    Oxunub:1901
Əfqanıstanda İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı və “Taliban” yaraqlıları arasında qarşıdurma baş verib.
AzVision.az-ın məlumatına görə, bu barədə Rusiya KİV Pakistan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Əfqanıstan ordusunun rəsmisi Hanif Razayın sözlərinə görə yaraqlılar arasında toqquşma ötən gündən başlayaraq Fərəh vilayətində başlayıb. Onun sözlərinə görə, hər iki tərəfdən 10 nəfər həlak olub. Bundan əlavə, taliblər 12 İŞİD yaraqlısını da girov götürüb. Onlardan dördünün qadın olduğu bildirilir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti