Arizona Senatından ermənilərə zərbə - VİDEO

Arizona Senatından ermənilərə zərbə - VİDEO
  31 May 2013    Oxunub:1143
Arizona Senatı Azərbaycan-ABŞ strateji tərəfdaşlığına dair qətnamə qəbul edib. Qətnamədə Dağlıq Qarabağ və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü tanınıb.

ABŞ-ın Arizona ştatının ali qanunverici orqanı olan Arizona Senatı mayın 30-da keçirilən plenar iclasında Azərbaycan-ABŞ strateji tərəfdaşlığına dair qətnamə qəbul edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, qətnamə senatorlar tərəfindən yekdilliklə qəbul edilib. Qətnamədə Qarabağın Azərbaycan ərazisi olduğu və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin ABŞ və BMT tərəfindən tanındığı qeyd olunub.

Həmçinin, 1918-ci ildə Azərbaycan xalqının müsəlman xalqlar; arasında ilk dünyəvi və demokratik respublika yaratdığı vurğulanıb. Azərbaycan Respublikasının ABŞ, eləcə də bir sıra demokratik dövlətlərdən də qabaq qadınlara seçki hüququ verdiyi qeyd olunub.

Bunula yanaşı bildirilir ki, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına üzv seçilən Azərbaycan Yaxın Şərqdə sülhün və təhlükəsizliyin qorunmasında əmühüm rol oynayıb.

Qətnamədə ABŞ-la Azərbaycanın eyni dəyərlərə, maraqlara əsaslanan güclü strateji tərəfdaş olduğu qeyd olunur. Azərbaycan ABŞ-ın Xəzər bölgəsində güclü müttəfiqi olduğu bildirilir. Azərbaycanın ABŞ-a hərtərəfli dəstəyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına və terrorçuluğa qarşı mübarizə sahəsində uğurla əməkdaşlıq etdiyi bildirilir.

Azərbaycanın ABŞ-ın və Avropanın enerji təhlükəsizliyi sahəsində tərəfdaşlığı yüksək qiymətləndirilir. Azərbaycanın qədim etnik və dini tolerantlıq ənənələrinə malik olması xüsusilə vurğulanır.

Qətnamənin sonunda ABŞ-ın Azərbaycanla əlaqələrini davam etdirmək gələcək illərdə bu əlaqələri daha da genişləndirmək niyyətində olduğu qeyd olunur.




Teqlər:  





Xəbər lenti