Sergey Lavrov: `Qarabağ Rusiya üçün önəmlidir`

Sergey Lavrov: `Qarabağ Rusiya üçün önəmlidir`
  25 May 2015    Oxunub:2699
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara yardım etmək Rusiyanın xarici siyasətinin əsas prioritet məsələlərindən biridir.

AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla baş tutan görüşünün yekunlarına dair açıqlamasında bildirib.

“Rusiya əvvəlki kimi münaqişə tərəfləri arasında razılığın əldə olunmasına yardım etməyi öz xarici siyasətinin prioritetlərindən biri kimi dəyərləndirir. Yardımımızı fəal şəkildə davam etdirəcəyik. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirilən optimist fikirləri dəstəkləyirəm. Münaqişənin həllinin həddən artıq uzanmasını heç kim inkar etmir. Razılaşmanın əldə olunması üçün real baza var və buna da hamı razıdır. İndi bu qarşılıqlı anlayışın konkret məzmuna çevrilməsinə ehtiyac var”, - deyə Lavrov vurğulayıb.

“Məsələ var, problem var və onu həll etmək lazımdır. Onun həlli artıq yetişib”, - deyə Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşün yekunlarına dair açıqlamasında bildirib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti