`Münaqişəni həll etmək lazımdır` - Məmmədyarovdan Kremlə tələb

`Münaqişəni həll etmək lazımdır` - Məmmədyarovdan Kremlə tələb
  25 May 2015    Oxunub:1768
Dağlıq Qarabağ münaqişəsi Moskvadakı danışıqlar zamanı aktiv şəkildə müzakirə edilib, məsələnin həlli yetişib və onu həll etmək lazımdır.
AzVision.az “TASS” agentliyinə verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşün yekunları barədə açıqlamasında bildirib.

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirilən optimist fikirləri dəstəkləyirəm. Məsələ var, problem var və onu həll etmək lazımdır. Onun həlli artıq yetişib”, - deyə Elmar Məmmədyarov bildirib.

Azərbaycan XİN rəhbəri `Şərq Tərəfdaşlığı` proqramı ilə bağlı danışarkən qeyd edib ki, onun ölkəsi Avropa İttifaqı (Aİ) ilə ikitərəfli əlaqələr qurmaq niyyətindədir.

“”Şərq Tərəfdaşlığı” proqramından iştirak edən 6 ölkədən üçü assosiasiya çərçivəsində, daha ikisi isə azad ticarət zonası yaradılması ilə əlaqələrin inkişaf etdirilməsini seçiblər. Üçüncü qrup – Azərbaycandır. Azərbaycan Aİ ilə əməkdaşlığı ikitərəfli əlaqələr səviyyəsində qurur”.

Məmmədyarov, həmçinin bəyan edib ki, Azərbaycan `Şərq Tərəfdaşlığı`nın Riqa bəyannaməsinə Dağlıq Qarabağ münaqişəsinin həlli formasını daxil etmək istəyib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti