Dünyanın ən homoseksual parlamenti

Dünyanın ən homoseksual parlamenti
  25 May 2015    Oxunub:2607
Britaniya parlamenti qeyri-ənənəvi seksual oriyentasiyalı üzvlərinin sayına görə dünya lideridir.
Hazırda parlamentdə 32 nəfər açıq şəkildə gey, lesbiyan və biseksual olduğunu bəyan edib. “New Statesman” jurnalının yazdığına görə, bunlardan 13-ü leyboristləri, 12-i konservatorları, 6-ı isə Şotlandiya milli partiyasını təmsil edir.

Keçən parlamentdə isə 26 nəfər qeyri-ənənəvi seksual oriyentasiyaya malik idi. Bu il ən çox qeyri-ənənəvi seksual oriyentasiyalı namizəd konservativ partiyadan irəli sürülmüşdü. Onların 39-u kişi və 3-ü qadın olub.

Şotlandiya millətçi partiyasında geylərin, lesbiyanların və biseksualların payı 12,5%-dir. Bu dünya üzrə ən yüksək göstəricidir.

May ayında parlamentə keçirilmiş seçkidə namizədlər arasında 155 gey, lesbiyan və biseksual olub.
(Ans)


Teqlər:





Xəbər lenti