Prezidentin 21 metrlik qızıl heykəli – FOTO

Prezidentin 21 metrlik qızıl heykəli – FOTO
  25 May 2015    Oxunub:3944
Türkmənistanın paytaxtı Aşqabadda prezident Qurbanqulu Berdiməhəmmədovun 21 metr hündürlüyündə heykəlinin açılış mərasimi keçirilib.
AzVision.az “BBC”yə istinadən xəbər verir ki, 21 metrlik heykəl tamamilə qızıldan hazırlanıb.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov heykəldə atın üzərində təsvir olunur.

Heykəlin rəsmi adı “Arkadaq binasıdır”. Arkadaq sözü türkmən dilindən tərcümədə himayəçi anlamına gəlir. Bundan əlavə prezidentin heykəlinin yanında uçan göyərçin də təsvir olunub ki, bu da ölkənin sülhə istiqamətliyini simvolizmə edir.

Məlumatda, həmçinin heykəlin qoyulması barədə qərarın vətəndaşların çoxsaylı xahişi ilə ölkə parlamenti tərəfindən verildiyi xüsusi vurğulanır.

Eldar Tanrıverdiyev
Azvision.az

Qalereya




Teqlər:  





Xəbər lenti