Futbolçu oyun zamanı öldü

Futbolçu oyun zamanı öldü
  26 May 2015    Oxunub:1982
Argentinanın “Atletiko Parana” futbol klubunun 27 yaşlı müdafiəçisi Kristian Qomes oyun zamanı ürək tutmasına məruz qalıb.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, faciə “Atletiko” və “Boka Udinos” klubları arasında keçirilən oyun zamanı baş verib. Oyunçu yerə yıxılan kimi hakim həkimlərin ilk yardım göstərməsi üçün oyunu dərhal dayandırıb. Daha sonra xəstəxanaya aparılan 27 yaşlı futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Bu, may ayında baş verən ilk belə hadisəsi deyil. Mayın 5-də başından aldığı zərbə nəticəsində Argentinanın “San-Martın de Bursako” klubunun oyunçusu Emanuel Orteqa, mayın 11-də isə oyun zamanı ürək tutması keçirən və komaya düşən Belçikanın “Berdhot Vilreyk” klubunun futbolçusu Tim Niko da eyni aqibəti yaşayıblar.

Aprel ayının sonunda isə Belçika klubunun daha bir oyunçusu – “Lokeren” klubunun üzvü Qreqori Mertens “Genk”lə oyun zamanı infarkt keçirərək vəfat etmişdi.


Teqlər:





Xəbər lenti