Müxalifətçi rəsmən prezident oldu

Müxalifətçi rəsmən prezident oldu
  26 May 2015    Oxunub:1653
Polşanın ən böyük müxalifət partiyası olan “Qanun və ədalət” partiyasının namizədi Ancey Duda ölkənin yeni prezidenti seçilib.
AzVision.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu haqda Dövlət Seçki Komissiyası rəsmi məlumat yayıb.

Mayın 24-də Polşada keçirilən prezident seçkilərinin ikinci turunun yekunlarına görə, bütün bülletenlər sayılıb qurtardıqdan sonra Ancey Dudanın 51,55 faiz səs topladığı müəyyənləşib. Hazırkı prezident Bronislav Komorovski isə 48,45 faiz səs yığa bilib.

Seçkilərin bu turunda seçicilərin 55,34 faizi iştirak edib.


Teqlər:





Xəbər lenti