Məşəl İsmayıllıda
Mərasimi rayonun minlərlə sakini izləyib. Meydana toplaşan insanlar məşəl estafetini daşıyan idmançıları alqışlarla qarşılayıblar. Sonra məşəlin alovlandırılması mərasimi keçirilib. Paurlif idman növü üzrə 5 qat dunya, 3 qat Avropa çempionu Kamal Qafarov qalxaraq məşəli alovlandırıb.
Birinci Avropa Oyunlarının çırağını isə rayonun fəal gənci Qönçə Ağazadə yandırıb. Çıraq yarışlar başa çatana qədər rayonun Heydər Əliyev Mərkəzində saxlanılacaq.
Sonra məşəl Qəbələ rayonuna yola salınıb.
AzVision.az
Teqlər: