Ermənistanda güclü partlayış: Yaralılar var – FOTOLAR

Ermənistanda güclü partlayış: Yaralılar var – FOTOLAR
  26 May 2015    Oxunub:14646
Ermənistanda yanacaq doldurma məntəqəsində partlayış baş verib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə Armavir vilayətinin Zvartnos kəndində qeydə alınıb. Partlayış nəticəsində ən azı 3 nəfər yaralanıb.

Yaralı şəxslər İrəvanda Yanıq Mərkəzinə aparılıb.

İlkin məlumatlara görə, partlayışa səbəb kompressor stansiyası olub. Hadisə nəticədə "Volkswagen" markalı maşın partlayıb. Məlum olub ki, partlayan maşın Ermənistan parlamentinin sabiq deputat Akop Akopyanın qohumuna məxsus olub. Partlayış zamanı Akopyanın oğlu və qardaşı da yaralanıb.

Akopyanın oğlu Armeninin vəziyyəti ağır olaraq qiymətləndirilir. Həkimlərin rəyinə əsasən onun bədənin 40%-i yanıb.

Eldar Tanrıverdiyev
Azvision.az

Qalereya




Teqlər:  





Xəbər lenti