Ukraynada Mübariz Mənsimovun tankeri saxlanıldı
Məlumata əsasən il ərzində Krım limanlarına 15 ölkədən 165 ticarət gəmisi daxil olub. Bu gəmilərdən 44-ü birbaşa olaraq Türkiyə ilə bağlıdır. Bütün bu gəmilərTürkiyədən olan operatorlar və ya sahibkarlara məxsusdur.
Ukraynanın ərazi bütövlüyünü pozan şirkətlər arasında azərbaycanlı oliqarx Mübariz Mənsimova məxsus “Palmali” şirkəti liderlik edir.
Krım sahillərində “Palmali” şirkətinə məxsus yeddi gəminin üzdüyü qeydə alınıb. Onlardan yalnız “Palflot 5” gəmisi Krıma 6 dəfə yük daşıyıb.
Eldar Tanrıverdiyev
Azvision.az
Teqlər: