Rusiya “Mistral” gəmilərini almayacaq

Rusiya “Mistral” gəmilərini almayacaq
  26 May 2015    Oxunub:1419
Rusiya birmənalı şəkildə Fransanın “Mistral” gəmilərini almaqdan imtina edib.
Bunu Rusiya Hərbi-Sənaye Komissiyası sədrinin müavini Oleq Boçkaryov bildirib. Onun sözlərinə görə, bundan sonra Rusiya ilə Fransa arasındakı danışıqlar yalnız maddi təzminatın həcmi ilə bağlı olacaq:

`Rusiyada desant gəmilərinin inşası planlaşdırılır. “Mistral”ları kopyalamaq fikrimiz yoxdur. Bizim desantla bağlı fərqli ideologiyamız var`.

AzVision.az


Teqlər:





Xəbər lenti