1 milyon pul, cazibədar arvad və kofe... – Arayış (FOTOLAR)

  27 May 2015    Oxunub : 7416
1 milyon pul, cazibədar arvad və kofe... – Arayış (FOTOLAR)
Polşada keçirilən prezident seçkilərində hakimiyyət tamamilə dəyişib. Ölkənin ən böyük müxalifət partiyası olan Qanun və Ədalət Partiyasının namizədi Ancey Duda seçkidə prezidentə qalib gələrək “tax-tac”a yiyələnib.

Mayın 24-də Polşada keçirilən prezident seçkilərinin ikinci turunun yekunlarına görə, Ancey Dudanın 51,55 faiz səs topladığı müəyyənləşib. Hazırkı prezident Bronislav Komorovski isə 48,45 faiz səs yığa bilib.

Seçkilərin bu turunda seçicilərin 55,34 faizi iştirak edib.

Yeni prezident kimdir?



AzVision.az-ın məlumatına görə, Andcey Sebastyan Duda 16 may 1972-ci ildə Polşanın Krakov şəhərində anadan olub. Siyasətçi alim ailəsində böyüyüb. Onun valideynləri texniki və kimya elmləri üzrə ölkənin ən tanınmış alimlərindəndir.

Duda evlidir, onun ölkə gündəmindən düşməyən cazibədar həyat yoldaşı Aqata alman dili müəlliməsidir. Yeni first lady dünyanın ən gözəl birinci xanımlarından hesab olunur.

Qayınatası Yuliyan Kornhauser Polşada məşhur yazıçı, tərcüməçi və ədəbi tənqidçidir.



Duda 1996-cı ildə Krakovda yerləşən Yaqellonsk universitetinin hüquq və administrasiya fakültəsini bitirib. O, 2005-ci ildə həmin universitetin hüquq doktoru dərəcəsini alıb.

2006-2007-ci illərdə Duda Polşa Ədliyyə Nazirliyində dövlət katibinin müavini vəzifəsində çalışıb. O, 2008-2010-cu illərdə Polşa prezidenti Lex Kaçinskinin dəftərxanasında katib vəzifəsində çalışıb.



Duda 2011-2014-cü illərdə Hüquq və Ədalət Partiyasından Polşa Seyminə - parlamentə deputat seçilib.

2010-cu ildə Duda Krakov şəhər meri seçkilərinə qatılıb, lakin 22% səslə yalnız üçüncü yeri tuta bilib.

Duda Polşada 25 may 2014-cü ildə Avroparlamentə keçirilən seçkilərdə qalib gəlib və bununla da onun Polşa parlamentindəki səlahiyyətləri dayandırılıb.



2014-cü ilin dekabrında Hüquq və Ədalət Partiyası Polşada keçirilən prezident seçkilərində Dudanın namizədliyini irəli sürüb.

Bu ilin may ayının 10-da Polşada keçirilən prezident seçkilərində Duda seçicilərin ən çox səsini – 34,76% toplayaraq prezident Bronislav Komorovskiy ilə birgə seçkilərin ikinci turuna qalıb.



Mayın 24-ü Polşada keçirilən prezident seçkilərinin ikinci turunda isə müxalif namizəd Adcey Duda qalib gəlib. Seçkilərin nəticələrinə əsasən Haqq və Ədalət partiyasının dəstəklədiyi Duda seçicilərin 53 faizinin səsini toplayıb. Onun rəqibi, hazırkı prezident Bronislav Komorovskiy səsvermədə 47 faiz səs toplayıb.

Duda haqqında maraqlı faktlar



-Andcey Duda Polşa tarixində ən gənc prezident kimi tarixə düşəcək. Onun bu yaxınlarda 43 yaşı tamam olub.

Duda yaşına görə yalnız Aleksandr Kvasenioveskiydən geri qalır. Belə ki, Aleksandr 1995-ci ildə Polşa prezidenti seçilən zaman onun 41 yaşı olub.

- Dudanın sərvəti 1 milyon 145 min Polşa zouti (318 min manat) təşkil edir. Onun iki evi və 325 kvadrat metr torpaq sahəsi var. Bundan əlavə Duda gəlir bəyannaməsində iki – “Suzuki Grand Vitara” və “Volkswagen Golf” avtomobilinin olduğunu göstərib.

- Dudanın prezidentlilik proqramının əsas müddəaları: Uşaqlı ailələrə yardım, pensiya islahatına yenidən baxılması, Polşada daimi NATO bazalarının yerləşdirilməsi, süni mayalanmanın maliyyələşdirilməsi.

- Yeni prezidentin hobbisi kitab oxumaq və dağ idmanı ilə məşğul olmaqdır.

- Yeniyetmə yaşlarında Duda skaut olub.

- Prezident seçkilərinin ikinci turundan sonra Duda Varşava sakinlərinə kofe paylayıb. Duda səhər saat 07:00 radələrində metro stansiyasına gələrək pulsuz kofe paylayıb.










Eldar Tanrıverdiyev

Teqlər: