`Dünya Rusiya ilə hesablaşmalıdır` - Nazarbayev
“Rusiyanın dünyada öz yeri var, o bu yeri tutmalıdır. Rusiya ilə hesablaşmaq lazımdır. Bu normaldır və burada fövqəltəbii heç nə yoxdur, dünya bunu anlamalıdır”, - deyə Nazarbayev “Rusiya 24” telekanalına müsahibəsində bildirib.
Nazarbayev eyni zamanda qeyd edib ki, Rusiya “dünya dövləti kimi bu ada layiq olmalıdır”
Qərb ölkələrinin Moskvaya qarşı sanksiyalarından danışan Qazaxıstan lideri qeyd edib ki, Rusiya bundan da çətin vəziyyətlərdən çıxıb: “Böyük resurslara malik böyük ölkə bu çətinliyin də öhdəsindən gələr”.
Eldar Tanrıverdiyev
Azvision.az