Danimarkada erməni təxribatının qarşısı alındı

Danimarkada erməni təxribatının qarşısı alındı
  27 May 2015    Oxunub:1537
Danimarkanın paytaxtı Kopenhagendə erməni diasporunun qondarma soyqırımı ilə bağlı abidə ucaltmaq planlarının qarşısı alınıb.
Bu barədə AzVision.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbut xidmətindən bildirilib.

Belə ki, Danimarkadakı Azərbaycan və Türk diasporunun bu barədə məlumat əldə etdikdən sonra abidənin qoyulmasına qarşı başladığı etiraz tədbirləri öz nəticəsini verib. Danimarka Vətən Cəmiyyəti, Skandinaviya Türk Federasiyası, həmçinin Türkiyənin Danimarkadakı səfiri Mehmet Dönməzin birgə fəaliyyəti nəticəsində yerli ictimaiyyət qondarma erməni soyqırımı barədə məlumatlandırılıb.

Azərbaycan və Türk diasporu adından Danimarka Parlamentinə, Kopenhagen Bələdiyyəsinə etiraz məktubları göndərilib, erməni diasporunun abidə qoyulması planlarına qarşı mitinq keçirmək üçün yerli polis orqanlarına icazə üçün müraciət edilib. Türk və Azərbaycan icmalarının narahatlığı yerli mediada da geniş işıqlandırılıb.

Azərbaycan və Türk diasporunun etiraz tədbirlərindən sonra Kopenhagendə “erməni soyqırımı” abidəsinin qoyulması ilə bağlı işlər dayandırılıb.

Qeyd edək ki, Amerikadakı erməni diasporunun maliyyəsi ilə ucaldılması nəzərdə tutulan abidənin ermənilərin soyqırımı iddialarının 100-cü ildönümü ilə əlaqədar olaraq may ayında qoyulması planlaşdırılırdı.


Teqlər:  





Xəbər lenti