Yeni prezident istefa verdi

Yeni prezident istefa verdi
  27 May 2015    Oxunub:3238
Polşanın yeni seçilən prezidenti Ancey Duda seçkilərdə onun namizədliyini irəli sürən Haqq və Ədalət partiyasının sıralarını tərk edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Bu təbiidir. Əgər sən prezident olursansa, onda sənin heç bir partiya fəaliyyətin olmamalıdır”, - deyə Duda vurğulayıb.

Yeni prezident, həmçinin əlavə edib ki, o, öz partiyasının deyil, bütün polyakların prezidenti olmaq istəyir.

Qeyd edək ki, mayın 24-ü Polşada keçirilən prezident seçkilərinin ikinci turunda müxalif namizəd Adcey Duda qalib gəlib.
Seçkilərin nəticələrinə əsasən “Haqq və ədalət” partiyasının dəstəklədiyi Duda seçicilərin 53 faizinin səsini toplayıb. Onun rəqibi, hazırkı prezident Bronislav Komorovskiy səsvermədə 47 faiz səs toplayıb.

Prezident seçkilərinin ikinci turundan sonra Duda Varşava sakinlərinə kofe paylayıb. Duda səhər saat 07:00 radələrində metro stansiyasına gələrək pulsuz kofe paylayıb.

Eldar Tanrıverdiyev
Azvision.az




Teqlər:  





Xəbər lenti