`Cenifer Lopezlə duet oxuya bilərəm` - Alim Qasımov

`Cenifer Lopezlə duet oxuya bilərəm` - Alim Qasımov
  27 May 2015    Oxunub:5708
“Təklif gələrsə, Avropa Oyunlarının səhnəsində muğam ifa etmək istəyərdim”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycanın Xalq artisti, tanınmış muğam ustası Alim Qasımov deyib. O, Avropa Oyunlarının səhnəsində çıxış etmək istəyini də gizlətməyib. Xalq artisti dünya şöhrətli müğənni Cenifer Lopezlə də duet oxumağa hazır olduğunu deyib.

“Çox istəyərəm ki, Avropa Oyunlarının səhnəsində bizim gözəl muğamdan ifa edim. O səhnədə çıxış etməyi kim istəməz ki? Xarici dövlətlərdən gələn sənət adamları ilə duet ifa etməyimlə bağlı ilə təklif gələrsə çox məmnuniyyətlə razılıq verərəm. Hətta Cenifer Lopezlə də duet oxuya bilərəm. Adi tanınmamış bir müğənni ilə də duet oxumağa hazıram. Təki sənətimizin mükəmməlliyini bütün dünyaya nümayiş etdirə bilək. Mən hər kəsə uğurlar arzu edirəm”.

Muğam ustası həyata keçirilən bütün işlərə görə dövlət başçısı İlham Əliyev və “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təşəkkür edib.

“Avropa Oyunları ilə bağlı görülən bütün işlərə dövlət başçımız və Mehriban xanım nəzarət edir. Onların dəstəyi ilə Avropa Oyunları ölkəmizdə möhtəşəm şəkildə baş tutacaq. Onlar bu gün idmana, sənətə, uşaqlara və bütün sahələr yaxşı diqqət göstərirlər. Allah həmin insanları həmişə var eləsin”.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti