Vahid Ələkbərov “Spartak”a ildə 60 milyon pul verir?

Vahid Ələkbərov “Spartak”a ildə 60 milyon pul verir?
  27 May 2015    Oxunub:2753
Azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus “Lukoyl” şirkəti Rusiyanın “Spartak” klubuna hər il 6 milyon dollar ödəyir.Lakin klubun saxlanılması üçün vəsaitin əsas hissəsini ayrı-ayrı şəxslər ayırır.
AzVision.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov bildirib.

“İldə 60 milyon dollar olan digər xərcləri ayrı-ayrı şəxslər ödəyir: Mən və Fedun ( “Lukoyl”-ın vitse-prezidenti Leonid Fedun), - deyə Ələkbərov vurğulayıb.

Azərbaycanlı oliqarx, həmçinin qeyd edib ki, Fedun “onunla yaşayır”, lakin o özü azarkeş deyil. “Lukoyl” rəhbəri ümid edir ki, “Spartak” növbəti mövsüm çempion olacaq.

Qeyd edək ki, ötən həftə “Spartak” klubunun sahibi və direktorlar şurasının sədri Leonid Fedun klubun birbaşa idarə olunması işlərindən gedəcəyini açıqlamışdı. Biznesmen, həmçinin klubun maliyyələşdirilməsinin davam etdiriləcəyini də vurğulamışdı.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti