Dəhşətli istilər can alır: 1200 ölü

Dəhşətli istilər can alır: 1200 ölü
  27 May 2015    Oxunub:1847
Sin 10 gündə Hindistanın cənubundakı Andxra Pradeş və Telanqana ştatlarında anomal isti hava 1200-dən çox adamın ölümünə səbəb olub.
AzVision.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlərin əksəriyyətinin yaşayış yeri olmayan şəxslərin olduğu bildirilir.

Ölkədə ən dramatik vəziyyət Andxra Pradeş və Telanqa ştatlarında müşahidə olunur. Belə ki, son 24 saat ərzində bu ştatlarda ən azı 1000 nəfər ölüb.

Ən yüksək temperatur – 47 dərəcə isti Andxra Pradeş ştatında, Maçilipatan və Tuni şəhərlərində qeydə alınıb.

Meteoroloqlar havanın temperaturunun yaxın günlərdə artacağını proqnozlaşdırır. Yerli hakimiyyət qurumları əhaliyə evlərini tərk etməməyi tövsiyə edir.

Qeyd olunan bölgələrdə aprel may aylarında havanın temperaturu 40 dərəcədən yuxarı olur.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti