ABŞ-da 28 may “Azərbaycan Milli Günü” elan edildi
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, sənəddə 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ilk dünyəvi müsəlman Demokratik Respublikası olduğu, bütün vətəndaşlarına bərabər hüquqlar, o cümlədən qadınlara seçkilərdə iştirak etmək hüququnu vermiş ilk müsəlman ölkəsi olduğu qeyd edilir. Azərbaycanın ABŞ-ın önəmli strateji tərəfdaşı olduğu vurğulanır. Bildirilir ki, sayı 40 milyondan artıq olan dünya Azərbaycanlıları 97 ildir ki 28 may tarixini Milli Gün kimi qeyd edir.
ABŞ paytaxtında 28 may tarixinin Azərbaycan Milli Günü elan edilməsi artıq bir ənənəyə çevrilib. Hazırda ABŞ-ın digər ştatlarında və ayrı-ayrı şəhərlərində də 28 mayın Azərbaycan Milli Günü elan edilir.
Qeyd edək ki, keçən ilin sonu Vaşinqtonun meri seçilmiş M.Bouzer şəhər tarixinə bu vəzifəyə seçilmiş ikinci qadın kimi düşüb.
Teqlər: