Blatter FİFA-dakı korrupsiyadan danışdı
Təşkilatın rəhbərliyi ABŞ və İsveçrə hakimiyyət dairələri tərəfindən aparılan istintaqı alqışlayır. Hesab edirik ki, bu, FİFA-nın futbolda korrupsiyanın qarşısının alınması üçün indiyədək həyata keçirdiyi tədbirləri gücləndirəcək.
Bu arada FİFA-nın rəhbər şəxslərinin Amerika tərəfindən həbs edilməsi Rusiya dövlət başçısı Vladimir Putin tərəfindən qəribə hal kimi qiymətləndirilib. Putin baş verən hadisələrin arxasında başqa nüansların dayandığını hesab edir:
“ABŞ hakimiyyəti FİFA-ya qarşı korrupsiya ittihamı irəli sürür. Həbs edilən məmurlar ABŞ vətəndaşı deyil. Və ya bu ölkənin ərazisində olmayıb. Heç şübhəsiz ki, bu Blotterin yenidən prezident seçilməsinə qarşı aparılan bir piardır. Bu isə öz növbəsində beynəlxalq təşkilatın fəaliyyət mexanizmlərinin kobud şəkildə pozulması deməkdir”.
Putin FİFA-da baş verən hadisələrin Rusiyaya aidiyyatı olmadığını bildirib.
Qeyd edək ki, FİFA rəhbərliyinin 2018-ci və 2020-ci il il dünya çempionatlarının ev sahibliyi hüququnu müvafiq olaraq Rusiya və Qətər dövlətinə verərkən külli miqdarda rüşvət aldığı haqda Avropa mediasında dəfələrlə müxtəlif iddialar səsləndirilib. Saxlanılanların ABŞ-a ekstradisiya olunacaqları bildirilir.
Teqlər: