Serbiya Azərbaycanın layihəsinə qoşulacaq

Serbiya Azərbaycanın layihəsinə qoşulacaq
  28 May 2015    Oxunub:1433
Serbiya ABŞ və Avropa İttifaqının lobbiçiliyi ilə həyata keçirilən və Azərbaycanda hasil olunan təbii qazın Avropaya nəqlini nəzərdə tutan kəmərin tikintisi layihəsinə qoşulmaq niyyətindədir.
"Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, bunu Serbiyanın baş naziri Aleksandar Vuçiç bildirib.

Onun sözlərinə görə, Serbiya qazın idxal mənbələrini şaxələndirməyə hazırdır: "Bu, həm də bizim Amerikadakı dostlarımız üçün çox vacibdir".

"Bu, balanslaşdırmaya aid deyil, bizim strateji məqsədimiz Avropa İttifaqına yol açmaqdır", - deyə A.Vuçiç bildirib.

Baş nazir əlavə edib ki, Serbiya Rusiya qazından asılılığı azaltmağa hazırdır.


Teqlər:  





Xəbər lenti