Polad Bülbüloğlu rus dilini bilməyənlərdən danışdı

Polad Bülbüloğlu rus dilini bilməyənlərdən danışdı
  31 May 2013    Oxunub:1236
Mükəmməl olmasa da, elementar səviyyədə dili bilmək lazımdır
Rusiyada yaşayan azərbaycanlıların rus dilindən imtahan verməsi barəsində bir neçə dəfə fikirlərimi demişəm. Hansı xarici ölkədə yaşamaqdan asılı olmayaraq, yaşadığın ölkənin dilini bilməlisən. Mükəmməl səviyyədə olmasa da, elementar səviyyədə bilmək lazımdır” AzVision.az xəbər verir ki , bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı fövqaladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

“Burada söhbət tək azərbaycanlı vətəndaşlardan getmir. Keçmiş SSRİ-nin elə respublikaları var ki, orada vətəndaşlar rus dilini bilmirlər.. Bəzən olur ki ,Rusiya Konsulluğuna vətəndaşlarımız gəlir,3 cümləni bir-birinin ardınca düzüb-qoşa bilmirlər. Deyirəm ki, siz bura necə gəlmisiniz,necə yaşaya biləcəksiniz? Heç olmasa, elementar səviyyədə dili bilmək lazımdır”-deyə səfir bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya duması ölkədə yaşayan əcnəbilərin rus dilindən imtahan verməsi barədə əmr vermişdi.

Sevinc iltifatqızı


Teqlər:  





Xəbər lenti