Prezidentin dükanı atəşə tutuldu
Ukrayna prezidenti Petro Poroşenkoya məxsus şirkətin mağazasının atəşə tutulması nəticəsində divarda iri dəlik əmələ gəlib.
Mağazada yanğın baş verməsə də, tüstülənmə müşahidə olunub.
İnsident Kiyevin Obolon rayonunda qeydə alınıb. Milis ərazini mühasirəyə alıb, hadisəni törədənlərin tutulması üçün əməliyyat başlayıb.